Günün qoroskopu: yeni çətin işlər meydana çıxacaq

15 İyun 2017 00:05

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - yeni çətin işlər meydana çıxacaq. Amma onların öhdəsindən əla gələcəksiniz. Siz hədəfə doğru qətiyyətlə irəliləyirsiniz, heç nə və heç kim sizi bu yoldan döndərə bilməyəcək. Başqa yerə köçmək, təmirə başlamaq olar.

Buğa - siz cəmiyyət üçün faydalı nəsə etmək imkanını əldə buraxmayacaq və öz işinizin nəticəsindən razı qalacaqsınız. Yeni tanışlıqlar mümkündür.

Əkizlər - bu gün gözlənilmədən nüfuzlu adamların dəstəyini qazanacaq və bunun sayəsində çox şeyə nail olacaqsınız. Mövqelərinizi möhkəmləndirə, eləcə də irəliləməyinizə mane olan bütün əngəlləri aşa bilərsiniz.

Xərçəng -  qətiyyət və çalışqanlıq bir çox problemlərin öhdəsindən gəlməyə yardım edəcək. Şəxsi həyatda təşşəbbüskarlıq təqdir edilir.

Şir - bu gün hər şeyin asanlıqla əldə ediləcəyini düşünmək yanlış olar. Hansısa qüvvənin müqaviməti və təsiri ilə qarşılaşmaq ehtimalı günün ikinci yarısında daha çox olacaq. Qeyd edilməlidir ki, intuisiyanız çox güclü olacaq və yəqin ki, yaxınlaşan xoşagəlməzlikləri hiss edəcəksiniz.

Qız - bir çox Qızlar yaxınlarının onları başa düşmədiklərini düşünərək, iztirab çəkəcəklər. Ruhdan düşməyin, bədbinliyə qapılmayın. Yanlışlıqları təhlil edərək optimal fəaliyyət istiqamətini seçin.

Tərəzi - ciddi məsələləri təkbaşına həll etməyə çalışın. Çoxsaylı məsləhətlər göründükləri qədər də yaxşı deyil. Ən ciddi problemlərdən biri mənəvi dəstəyin az olmasıdır.

Əqrəb - çətin gündür. Sadəlövh və hər şeyə tez inanan olmayın. Kiminsə sizdən öz maraqları üçün istifadə etmək istəyəcəyi ehtimalı böyükdür.

Oxatan - çətin məsələlərin müzakirəsi və həlli üçün münasib gündür. Vacib görüşləri günün ortasına planlaşdırın. Məhz bu vaxt həmsöhbətinizlə dil tapmağınız asan olacaq. Bunun birinci və ya yüzüncü söhbət olduğunun fərqi yoxdur.

Oğlaq - gün pis keçməyəcək. Baxmayaraq ki, bəzi Oğlaqları hadisələr çox yavaş inkişafı əsəbiləşdirəcək. Ətrafdakıları tələsdirməyə yox, özünüz ləng ritmə uyğunlaşmağa çalışın. O zaman başa düşəcəksiniz ki, bu üsul gücünüzə qənaət etməyinizə səbəb olacaq.

Dolça - təəssüf ki, ən yaxın adamlarınızla münasibətlərdə də hər şey hamar deyil. Sizi yalnız öz arzu və prioritetləriniz maraqlandırır. Bu, ətrafdakılara çox ağır gəlir. Ailədə incikliklər mümkündür. Bəzi Dolçalar münasibətlərin davam etdirilib-etdirilməməsi barədə ciddi şəkildə düşünməyə başlayacaqlar.

Balıqlar - bu çətin günün əsas problemi sizin əvvəlcə nəsə etmək, sonra düşünmək meylinizdir. Bu gün düşünülmədən edilən hərəkətlər təkcə ekstravaqant və qəribə yox, bəzən ağılsızdır və nəticəsi də belə olacaq. Bu gün əksər Balıqlar özlərinə nüfuzlu düşmənlər qazanacaqlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində