Yeni ZTE V870 smartfonu təqdim olunub

13 İyun 2017 07:41

Çinin "ZTE" şirkəti yeni "V870" smartfonunu nümayiş etdirib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, qurğu 1920x1080 (Full HD) təsvir ölçülü 5,5 düym diaqonallı ekranla təchiz edilib. Modelin əsasını 1,4 qiqahers takt tezlikli "Qualcomm Snapdragon 435" prosessoru təşkil edir. Operativ yaddaş tutumu 4, quraşdırılmış 64 qiqabayta bərabərdir. Smartfon 16 meqapikselli əsas və 8 meqapikselli ön kamera ilə təchiz edilib.

Məlumata görə, arxa panelində barmaq izi skanerinin quraşdırıldığı smartfon, həmçinin "LTE" modemə, "Wi-Fi", "Bluetooth", "NFC" və "GPS" modullarına malikdir. Akkumulyator tutumu 3000 milliamper/saat təşkil edən qurğu "MiFavor 4.0" interfeysli "Android 7.0 Nougat" əməliyyat sisteminin idarəetməsi ilə işləyir. İki SİM kartın işini dəstəkləyən yeni aparatın qabaritləri  156x76x7,8 millimetrə bərabərdir.

"ZTE V870" smartfonunun təxmini qiyməti 400 dollardır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində