İran "Boinq"dən 60 təyyarə alacaq

10 İyun 2017 18:42

İranın "Aseman" aviasiya şirkəti ilə  "Boinq" şirkəti arasında  60 ədəd təyyarənin alınmasına dair anlaşma memorandumu  imzalanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu gün imzalanmış memoranduma əsasən, "Aseman" şirkəti  alacağı 30 təyyarənin pulunun 5 faizini nağd , 95 faizini maliyyə prosesi ilə ödəyəcək. 

"Boinq" şirkəti ilə "Aseman" şirkəti arasında  imzalanmış anlaşma memorandumda qeyd olunub ki, İran şirkəti 3 milyard dollar dəyərində 30 ədəd "Boinq 737 max" tipli təyyarə alır və daha 30 təyyarənin alınması hüququ əldə edir.
 
"Aseman" aviasiya şirkətinin baş direktoru Hüseyn Əlayi imzalanma mərasimindən sonra deyib ki,  ilk təyyarə  2020-ci ildə təhvil veriləcək.
 
Onun sözlərinə görə, 2020-2024-cü illərdə  bütün təyyarələr İrana satılacaq.

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində