Tehranda terror aktları ilə bağlı 8 nəfər saxlanıldı

10 İyun 2017 13:40

İranda hüquq-mühafizə orqanları tərəfindən Tehranda baş vermiş terror aktları ilə əlaqədar 8 nəfər saxlanılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, şübhəlilər Elburs əyalətində saxlanılıb.

İran Ədliyyə Nazirliyinin məlumatına görə, saxlanılanlar terrorçulara dəstək verməkdə şübhəli bilinirlər.

Bu günədək saxlanılanların sayı 41 nəfərə çatıb.

Qeyd edək ki, bir neçə gün əvvəl İran parlamentinin binasına və Xomeyninin məqbərəsinə silahlı hücumlar olub.

Terror aktları nəticəsində 17 nəfər həlak olub, 52 nəfər yaralanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində