Ferrari-dən güclü olan Mercedes - FOTO

11 İyun 2017 20:55

Wimmer Rennsporttehnik emalatxanasının tünerləri universal kuzovlu C 63 S modelinə əl gəzdirib. Nəticədə, Lamborghini, Ferrari və Porsche avtomobillərini qısqandırmağa müəssər olub.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, kapot altında yer alan 4,0 litrli səkkiz silindirli biturbo mühərrik indi 801 a.g. (əvvəl 510 a.g.) və 900 Nm fırlanma anı hasil edir. Maksimal sürət isə, 320 km/saatdır. Bu, məhsuldar turbogücləndirici və interkuler, yük avtomobilini belə "doyuzdura" bilən yanacaq sistemi, aşağı müqavimətli hava filterləri və idman üslublu xaricetmə yolu nətiəsində əldə edilib. Avtomobil KW idman asması və öndə 245/30-20, arxada isə 265/20-20 ölçülü şinlər geyindirilən 20 dyümlü BBS təkər diskləri əldə edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində