Cəmi 500 Porsche 911 - FOTO

11 İyun 2017 21:55

Şirkət Exclusive Manufaktur bölməsinin ərsəyə gətirdiyi ən güclü və unikal Turbo S modelindən cəmi 500 nüsxə buraxacaq. Atlarının sayı 607, fırlanma anı 750 Nm təşkil edən avtomobil 200 km/saat sürəti 9,6 s yığır. Maksimal sürət 330 km/saatdır.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, qızıla boyanan Porsche 911 Turbo S Exclusive Series çox sayda karbon elementlər, Turbo Aerokit anti qanadı və dairəvi xaricetmə sistemi əldə edib. Avtomobilin interyeri də yenidən işlənib hazırlanıb.
Almaniyada super porşenin qiyməti 259 992 avrodur. Lakin, bu da son deyil, avtomobilin üstündə Porsche Design-dan çox qiymətli saat və çanta dəsti təklif edilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində