İngiltərədə bıçaqlı şəxs bir neçə nəfəri girov götürdü - VİDEO - FOTO - YENİLƏNİB

9 İyun 2017 15:32

--------

15:32

Bıçaqla silahlanmış şəxsin girov götürdüyü adamların hamısı azad edilib. Hadisə nəticəsində heç kim xəsarət almayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Britaniya polisindən bildiriblər.

Polisin məlumatına görə, indi mərkəzin binasında yalnız hücum edən şəxs qalır.
Polis baş verən hadisədə terror motivi görmür.

----------

13:22

Böyük Britaniyanın Nyukasl şəhərində bıçaqla silahlanmış şəxs bir neçə nəfəri girov götürüb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə yerli polisdən bildiriblər.

Polisin məlumatına görə, girov götürülənlər şəhər məşğulluq mərkəzinin əməkdaşlarıdır.
Bıçaqlı şəxs Klifford stritdə yerləşən mərkəzin binasına yerli vaxtla səhər saat 8-də daxil olub. Hazırda polis onunla danışıqlar aparamağa çalışır.

Yaxınlıqdakı metro stansiyası bağlanıb, hadisə yerinin yaxınlığındakı yataqxanadan tələbələri təxliyyə ediblər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

İngiltərədə bıçaqlı şəxs bir neçə nəfəri girov götürdü

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində