Baş məşqçinin taleyi AZAL - “Minsk” oyunundan asılıdır

28 İyun 2011 12:18
Belarus çempionatında I dövrəyə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Avroliqanın I təsnifat mərhələsində AZAL-la qarşılaşacaq "Minsk" klubu "ekvator xətti"nə 8-ci pillədə yollanıb. İlk dövrədə komandaların oyununu dəyərləndirən Belarus mətbuatı paytaxt təmsilçisinin çıxışını qeyri-qənaətbəxş dəyərləndirib. Həmkarlarımız BATE-nin məşhurlaşmasında böyük rolu olan İqor Kriuşenkonun baş məşqçi postuna gəlməsini də mümkün sayır: Çoxları paytaxt klubundakı vəziyyətə təəccüblənir. Ölkənin ən yaxşı büdcəyə, bununla da heyətə malik komandası çempionatı qeyri-sabit keçirir. Turdan-tura geriləyən komanda medallar uğrunda mübarizədən uzaqlaşır. Bəziləri İqor Kriuşenkonu komandanın oyunlarında gördüyünü iddia edir. Lakin klub rəhbərliyi işini sakitcə görür.

Belarusluların fikrincə, baş məşqçi dəyişikliyi daha çox AZAL-dan asılıdır: Vitali Tarakanov başını aşağı salıb işini görür, onun klubdakı perspektivi isə Avroliqadakı debütdən asılıdır. Artıq cümə axşamı komanda Bakıda oynayır. Bu da asan gəzinti olmayacaq. Baxmayaraq ki, Azərbaycandan olan rəqibin problemləri artıq indidən başlayıb: UEFA komandaya AZAL adı altında çıxış etməyi qadağan edib.

Milli.Az