Sağlam və uzun saç arzusunda olanlar mütləq oxusun

18 İyun 2017 19:45

Milli.Az axşam.az-a istinadən saçların daha tez və sağlam uzanması üçün 10 məsləhəti təqdim edir:

Saçlarınızı hər gün yumayın:
 
Saçın hər gün yuyulması saçların sağlam olmasına kömək edən yağın suyla birgə yuyulub getməsinə səbəb olur. Həftədə 3-4 dəfə yumağa çalışın. Artıq yağları qurutmaq üçün quru şampundan istifadə edin. Saçlarınızın çox qıvrım olmaması, hamar olması üçün soyuq suyla yuyun.

Saçlarınızı qayğı ilə qurulayın:
 
Hamamdan çıxdıqdan sonra saçlarınızdan axan suyu dəsmalla nəvazişlə qurulayın, daha sonra dəsmalla bükün. Yaş saçlarınızı dəsmalla qarışdıraraq qurutmayın. Saçlarınızı iri dişli daraqla darayın. Çalışın saçlarınız öz təbiiliyində qurusun.
 
Saçlarınızı nəvazişlə şəkilləndirin:
 
Saçlarınızı qurulayarkən soyuq hava ilə qurulayın. İstidən istifadə etmədən əvvəl istilik qoruyucudan istifadə etməyə diqqət edin.

Kimyəvi şeylərdən uzaq durun:

Bəzi şampun, şəkilləndirmə məhsulları saçlarınızın qısa zamanda yaxşı, uzun müddət isə korlanmış görünməsinə səbəb olan kimyəvi maddələrdən ibarətdir. Silikon tərkibli saç məhsullarından və tərkibində sulfat olan şampunlardan istifadə etməyin.
 
Yaxşı qidalanın:

Tərəvəz, meyvə, çərəzlərin tərkibində olan B vitamininin saçlara faydası çoxdur. Protein saçlar üçün əsas olduğuna görə çoxlu ət, balıq, yaşıl yarpaqlı tərəvəzlər yeyin. Salomon, olivia yağı, avakado və çərəzlərin tərkibində olan Omeqa 3 saçların parlaq, yumşaq uzanmasına kömək edir.
 
Çoxlu su için:

Bədənin suyla təmin olunması saçın da suyla təmin edilməsi deməkdir. Gün ərzində 8 stəkan su için və sizi susuzlaşdıran içkilərdən uzaq durun.

Vitamin qəbul edin:

Biotin sağlam dəri, saç və dırnaq inkişafına kömək edir. Perinatla vitaminlər sağlam saç və dırnaq uzanmasına kömək edən minerallar və fol turşusu ilə zəngindir.

Saçlarınızı açıq buraxın:
 
Saçlarınızı çox sıx yığmayın.

Saç dərinizi masaj edin:
 
Həftədə 2-3 dəfə 10 dəqiqə saç diblərini masaj edin. Bu, beyinə qan axınını artıracaq və saçların yaxşı uzanmasına kömək edəcək.
 
Korlanmış saç uclarını kəsin:

Saçlar uzandıqca onu kəsmək lazımdır, ancaq vacib olan vaxtlar. Əgər saçlarınızın ucları güclü və sağlamdırsa, 6 həftə ara verə bilərsiz. Korlanmış saç uclarını isə mütləq kəsdirin.

Milli.Az