Gürcüstanda 5,1 bal gücündə zəlzələ baş verib - YENİLƏNİB

7 İyun 2017 22:58

22:58

Gürcüstanda baş verən zəlzələnin maqnitudası 5,1 bal təşkil edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Milli Seysmoloji Mərkəz xəbər verib.

Məlumata görə, zəlzələnin episentri Siqnaxi şəhərinin yaxınlığındakı Kvemo Mağoro kəndində yerləşib.

---------

22:46

Gürcüstanda yerli vaxtla saat 22.26-da zəlzələ baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, zəlzələ paytaxt Tiflis və azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda hiss edilib.

Yeraltı təkanların maqnitudası və xəsarət alanların olub-olmadığı barədə hələ ki, məlumat verilməyib.

Milli.Az