Hərbçi qadınlar FOTOLARDA

18 İyun 2017 19:05

Qadın gözəlliyi bütün hallarda, ən ağır döyüş şəraitində belə diqqət çəkəndir. Hətta döyüş qabiliyyətli qadınlar digərlərinə nisbətən daha cazibəli görünür. Hər halda incəsənət adamları belə düşünürlər. Yoxsa antik rəssamlardan tutmuş, müasir fotoqraflara qədər amazonlar, cəngavər qadınları hədəfə almazdılar. Günümüzdə də üsyankar qadınlar fotoqrafların marağındadır.

Milli.Az-ın xəbərinə görə, kolumbiyalı fotoqraf Fernando Berqara Putumayo meşəsinin cəngəlliklərinə sırf döyüşçü qadınların fərqli görünüşlərini və həyat tərzini kadrlara həkk etmək üçün enib. Bu qadınlar Kolumbiya Üsyankar Solçu İnqilabçılar qruplaşmasının üzvləridirlər. Fotoqraf qadınlardan xahiş edib ki, həm silahla, həm də adi, qadına xas geyimlərlə fotokamera önünə keçsinlər. Nəticədə maraqlı görüntülər alınıb.

Qeyd edək ki, solçuların hökumətlə mübarizəsi 1964-cü ildən davam edir. Bu, Latın Amerikasında dövlətlə ona etiraz edən müxalifət arasında ən uzunsürən qarşıdurmadır. Bu cavan qadınlar dəstələrə heç də yenicə gəlməyiblər. Qızların əksəriyyəti 20 yaşın altındadırlar. Onlar 13-14 yaşından dəstələrə qatılıblar. Hamısının da qələbədən sonra arzuları var. Mühəndis, həkim, tibb bacısı, müəllimə olmağı arzulayan gözəllər, hələlik sadəcə döyüşçülərdir. (publika.az)

Milli.Az