Ana oğluna görə yalvarır - "Rəhminiz gəlsin, oğlumu xilas edin" - FOTO

7 İyun 2017 11:52

Bakının Xətai rayonu Məhəmməd Hadi küçəsi 57, mənzil 32 ünvanında yaşayan I qrup gözdən əlil Əzizov Zamir Əzizağa oğlunun anası Əzizova Solmaz  Əlisahab qızı Milli.Az-a müraciət edərək cavan oğlunun müalicəsi üçün lazım olan məbləğin yığılmasına yardım edilməsini istəyib. Onun sözlərinə görə, əgər əməliyyat üçün lazım olan məbləğ vaxtında yığılmasa, 32 yaşlı oğlu ömürlük kor ola bilər:

"Oğlum həm ümumi fiziki, həm də gözdən əlildir. Bu yaxınlarda gözlərində baş verən ani rahatsızlıq bizi müalicə məqsədilə İran İslam Respublikasına getməyə məcbur etdi. Müayinə zamanı bəlli oldu ki, oğlumun gözü karatakonus xəstəliyinə tutulub, gözün buynuzlu qişası artıq dağılmış vəziyyətdədir və təcili əməliyyat olunmalıdır. Qohum-qonşunun maddi köməyi ilə əməliyyat baş tutdu. Lakin bizə bildirdilər ki, bu hələ əməliyyatın ilkin mərhələsidir, ikincisi də olmalıdır. İkinci əməliyyat isə Türkiyənin İstanbul şəhərindəki klinikalarından birində həyata keçiriləcək. Bunun üçün 17000 AZN məbləğində pul vəsaiti tələb olunur. Əgər yaxın 3 ay ərzində bu məbləği yığa bilməsək, oğlumun gözlərini qurtarmaq artıq mümkün olmayacaq.

Ailəmizdə beş əlil var - özüm oğlanlarım və həyat yoldaşım. Bu səbəbdən bizim bu məbləği yığmağa imkanımız yoxdur. Bir ana kimi az-çox imkanı çatan bütün şəxslərə yardım etmələri üçün yalvarıram. Bu məbləğ yığılmasa mənim oğlum əbədi kor qala bilər. Çox xahiş edirəm, rəhminiz gəlsin, oğlumu xilas edin. Oğlum göz görə-görə qaranlığa qərq olmasın. Əvvəlcədən dərin minnətdarlığımı bildirirəm. Allah dadınıza yetsin! AMİN!"

Qeyd edək ki, maddi yarım etmək istəyənlər bunu həm telefonla əlaqə saxlayaraq birbaşa, həm bank hesabına köçürməklə edə bilərlər.

Bank rekvizitləri:

Hesab: AMRAHBANK ASC  "Həzi Aslanov" filialı

SWIFT BİK AMRAAZ22

Hesabın sahibi:  Əzizov Zamir

Hesablaşma hesabı: AZ23AMRA00410109440826137401

Müxbir hesab:  AZ89NABZ01350100000000028944

VÖEN: 1400064171

Əlaqə telefonları: 055 5405094; 050 2855655; 055 3667966

Zərif Nisə 
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində