Maliyyə Nazirliyində YENİ TƏYİNAT

6 İyun 2017 12:32

Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinə yeni müdir təyin edilib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu vəzifəyə Firuzə Abdullayeva gətirilib.

O, indiyə qədər şöbə müdiri vəzifəsini müvəqqəti icra edib. Xatırladaq ki, bundan əvvəl Uçot siyasəti şöbəsinə rəhbərlik edən Elxan Cəfərov hazırda maliyyə nazirinin müşaviri vəzifəsini tutur. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində