"Yuventus" "Benfika"nın antirekorduna şərik oldu

4 İyun 2017 20:28

"Yuventus" iyunun 3-də Çempionlar Liqasının final oyununda "Real"a uduzmaqla antirekorda imza atıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "qoca sinyora" 5-ci ÇL finalında uduzub. Bu, 1963-90-cı illrdə "Benfika"nın "rekordu" deməkdir. Turin klubu daha öncə 1997, 1998, 2003 və 2015-ci ildə finaldan mğlub ayrılmışdı. "Yuventus" sonuncu dəfə 1995/96 mövsümündə bu turnirin kubokunu qazanıb.

Milli.Az