Millət vəkilləri “mavi”lərin yürüşündə - FOTOSESSİYA
27 İyun 2011 12:17
Türkiyənin İstanbul şəhərində "mavi"lərin yürüşü keçirilib. Taksim meydanında keçirilən aksiyada PKK terror təşkilatının siyasi cinahı olan Sülh və Demokratiya Partiyasının (BDP) dəstəyi ilə millət vəkili seçilən Sebahat Tuncel ve Sırrı Süreyya Önder də iştirak edib.
Milli.Az xəbər portalının "Doğan" agentliyinə istinadən verdiyi məlumata görə, aksiya iştirakçıları "Buradayıq, alışın" şüarını səsləndiriblər. Yürüşdə göy qurşağı rəngində bayraq da qaldırılıb.
Yürüşün sonunda oxunan bəyanatda öldürülən "mavi"lərin qatillərinin tutulması, cəmiyyətdə onların qəbul edilməsi tələb edilib.
Milli.Az