Argentinanın paytaxtı Buenos-Ayresdə 120 feminist ölkədə qadınların məruz qaldıqları məişət zorakılığına etiraz edərək aksiya keçiriblər.
Milli.Az El Mundo-ya itsinadən bildirir ki, feminist qadınlar Plasa De Mayo meydanında, Argentina prezidentinin "Casa Rosada" iqamətgahının qarşısına yığışaraq "Qətllərə son!" qışqırıblar.
Feministlərin dediklərinə görə, Argentinada hər 25 saatda bir qadın məişət zorakılığının qurbanı olur, qətlə yetirilir.
Prezident iqamətgahının qarşısına yığışan qadınlar soyunaraq şüarlar qışqırmağa başlayıblar.
Aksiyanın təşkilatçısı "Kommunikativ Şokun Bədii Qüvvəsi" (Artistic Force of Communicative Shock) hərəkatıdır.
Sabah isə Buenos-Ayresdə "NiUnaMenos" feminist təşkilatı yürüş keçirəcəklər.
Milli.Az