Azərbaycan müğənniləri Türkiyəyə gedəcək
26 İyun 2011 15:48
Bakı Şəhər Mədəniyyət və Turizm idarəsindən AzərTAc-a bildirmişlər ki, 1974-cü ildən keçirilən festivala bu il 25-dən çox ölkədən, o cümlədən Azərbaycan, Rusiya, Yunanıstan, Kosova, Makedoniya, İtaliya, Rumıniyadan ifaçılar qatılacaqlar.
Festivalda Türkiyənin tanınmış müğənniləri Gülben Ergen, Gökhan Özen, Zara, Murat Dalkılıç, Hakan və Hadise iştirak edəcəklər.
Bu musiqi bayramında Azərbaycanı Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkil etdiyi "Bakı Gecələri" estrada mahnı festivalının qalibi və laureatları Cəlal Abbasov, Günel Ələkbərova və Nurlan Əzizbəyli təmsil edəcəklər.
Milli.Az