"Trend" İslamiadanın işıqlandırılmasında MOK tərəfindən "Ən yaxşı informasiya agentliyi" elan edildi - FOTO

31 May 2017 14:56

Milli Olimpiya Komitəsində (MOK) Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilmiş "Zəfər günləri" layihəsini fəal şəkildə işıqlandıran KİV və digər təşkilatların nümayəndələrinin mükafatlandırma mərasimi keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, mükafatlandırma müxtəlif nominasiyalar üzrə keçirilib.

Trend Beynəlxalq İnformasiya Agentliyi "Ən yaxşı informasiya agentliyi" nominasiyasında mükafata layiq görülüb.

Mükafatlandırma mərasimində MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev iştirak ediblər.

Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 12-22-də Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilib.

"Zəfər günləri" layihəsi ilk dəfə 2015-ci ildə keçirilmiş Birinci Avropa Oyunları zamanı azərbaycanlı idmançıların uğurlarının şərəfinə təşkil edilmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində