Azərbaycanlı rəqqasə ana oldu - YENİLƏNİB
25 İyun 2011 17:58
17:58
Azərbaycanın əməkdar artisti, rəqqasə Məryəm Süleymanova dünyaya gətirdiyi qızını Aylin adlandırıb.
"Qızın adı Aylindir. Onun adı hələ doğulana qədər müəyyənləşmişdi", - bəstəkar, şoumen Murad Arif Trend Life-a bildirib.
--------
15:40
Əməkdar artist, rəqqasə Məryəm Süleymanova ana oldu. Rəqqasənin qaynı, tanınmış fotoqraf Zaur Zamanın ANS PRESS-ə verdiyi məlumata, Məryəm yarım saat öncə, saat 15:00-də gözlənildiyi kimi qız uşağı dünyaya gətirib.
Körpə Respublika Perinatal Mərkəzində dünyaya göz açıb. Ananın və körpənin vəziyyəti yaxşıdır.
Xatırladaq ki, rəqqasə Məryəm Süleymanova 07.12.2010 tarixində mühəndis-memar İlkin Zamanovla ailə həyatı qurub.
Milli.Az