NATO Gürcüstanın dəniz limanlarına girməyəcək

30 May 2017 13:59

NATO Qara dənizdə təhlükəsizliyi Rumıniyada yerləşən çoxmillətli briqadanın köməyi ilə təmin etməyi planlaşdırır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Gürcüstanın "Rustavi 2" telekanalına müsahibəsində NATO baş katibinin müavini Rouz Gettemüller deyib.
 
O bildirib ki, Rumıniyadakı briqada alyansa daxil olan ölkələrin hərbçilərindən ibarətdir.
 
"Bu mərhələdə Gürcüstanın dəniz limanlarında NATO qüvvələrini yerləşdirməyi planlaşdırmırıq", - deyə R. Gettemüller vurğulayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində