İslamiada zamanı təxribata cəhdlər olub? - DTX rəisindən AÇIQLAMA

27 May 2017 09:26

"IV İslam Həmrəyliyi Oyunlarında hər hansı təxribata cəhd göstərilməyib".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-leytenant Mədət Quliyev deyib.

M.Quliyev bildirib ki, bununla bağlı preventiv tədbirlər bir il əvvəldən həyata keçirilib, digər dövlətlərin xüsusi xidmət orqanları ilə birgə əməkdaşlıq edilib.

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının uğurla keçirildiyini deyən general-leytenant əlavə edib:

"Dünyanın ağır bölgəsində yerləşirik, burada təzyiqlər var. Buna baxmayaraq, İslamiada zamanı təhlükəsizlik təmin olundu. Dövlət başçısının tapşırıqları yerinə yetirildi, xüsusi təhlükəsizlik tədbirləri görüldü və yarışlar da uğurla keçirildi".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində