Pullular evlərini ona tapşırırlar - FOTO

28 May 2017 22:05

"Pul hər şeyi həll etmir. Milyardlara malik olmaq zövq sahibi olmaq deyil".

Britaniyanın ən məşhur interyer dizaynerlərindən biri Seliya Soyer belə deyir.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, S.Soyer müştərisi olmuş milyarderlərin sifariş verdikləri zövqsüz, amma çox bahalı interyerlərin "rekonstruksiya" fotolarından ibarət albomu paylaşıb.

"Bu interyerlər əsl fəsad idilər. Onları yenidən normal hala salmaq üçün xeyli əziyyət çəkdik", - S.Soyer deyib.

C.Soyerin müştəriləri arasında milyarder iş adamları, şou-biznes ulduzları, məşhur futbolçular var. O, zövqsüz interyerləri əsl sənət əsərlərinə çevirir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində