Baxın, "Super Mario" gəlir - FOTO

26 İyun 2011 15:31
Milli.Az xəbər portalı "Gamer"ə istinadən bildirir ki, "Nintendo" oyun konsolunun vurğunu və "Super Mario" oyununun fanatı, amerikalı Uorner Robins maşınını da dəyişib. Daha doğrusu o, 1991-ci ildə buraxılmış "Chevy Caprice" avtomobilini "Nintendo" stilinə salıb.

O, köhnə, sürəndə müxtəlif səslər çıxaran maşının indi ən inadkar drayverin sevəcəyi maşına çevirib.
"Sherod Nintendo" adlanan bu maşın Corciya ştatının küçələrində şütüyəndə yoldakılar ona baxır.

Milli.Az