"Qızıl" qazananlara AFFA da pul verəcək - 20 000 manat

25 May 2017 12:53

Bakıda keçirilən 4-cü İslam Həmrəylik Oyunlarında qızıl medal qazanan Azərbaycan futbol millisinə AFFA da mükafat verəcək. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, federasiya rəhbərliyi yığmanın hər bir üzvünə 20 min manat təqdim edəcək. 

Komanda ilə son görüşdə AFFA rəhbərliyi bu barədə futbolçulara məlumat verib. 

AFFA-nın mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Mikayıl Nərimanoğlu da bu informasiyanı təkzib etməyib: "Məsələ hələ tam rəsmiləşməyib. Hər halda yaxın günlərdə bu barədə məlumat veriləcək".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində