Həşimov keçmiş dünya çempionunu məğlub etdi

17 Mart 2010 13:42
Azərbaycan şahmatçısı Vüqar Həşimov keçmiş dünya çempionu, ukraynalı Ruslan Ponomaryovla hər iki görüşdə müsbət nəticə əldə edib. Avropa çempionu gözübağlı şahmat yarışında güclü rəqibi ilə heç-heçə oynayıb, sürətli oyunda isə onu məğlub edib.

Gözübağlı yarışda digər görüşlər belə nəticələnib: A.Qrişuk-L.Dominges 1:0, V.İvançuk-L.Aronyan 0,5:0,5, M.Karlsen-Y.Smits 1:0, P.Svidler-S.Karyagin 0:1, B.Gelfand-V.Kramnik 1:0.

Sürətli şahmat oyununda mübarizə aparan şahmatçılar arasında nəticələr aşağıdakı kimi olub: A.Qrişuk-L.Dominges 1:0, V.İvançuk-L.Aronyan 1:0, M.Karlsen-Y.Smits 1:0, P.Svidler-S.Karyagin 1:0, B.Gelfand-V.Kramnik 1:0.

Dörd turdan sonra M.Karlsen, V.İvançuk 6 xal, B.Gelfand, A.Qrişuk 5 xal, R.Ponomaryov 4,5 xal, V.Kramnik 4 xal, V.Həşimov, S.Karyagin, P.Svidler L.Aronyan 3,5 xal, L.Dominges 2 xal, Y.Smits 1,5 xal toplayıblar.

Milli.Az