Xalq artistinin iranlı iş adamı ilə toyundan - FOTOLAR - YENİLƏNİB

23 May 2017 23:01

23:01

Bu gün paytaxt otellərinin birində xalq artisti Aygün Bayramovanın toyu olub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, aparıcı Azər Süleymanlının idarə etdiyi məclisə ölkənin tanınmış simaları qatılıb.
 
Gecədə xalq artisti Arif Babayev səbəbkarlara xeyir-dua verib: "Aygün, sizi təbrik edirəm, hər zaman valideyinlərinizi sevindirəsiniz. Sən xoşbəxt olmağa layiqsən. Mən çox şadam ki, bu gün sənin özəl günündə iştirak edirəm".
 
Sənətkar sözünü bitirdikdən sonra bəy-gəlin rəqsə dəvət olunub. Xanəndənin sənət dostları ona musiqi hədiyyələrini veriblər. 
 
Xatırladaq ki, gecədə xalq artistləri Mənsum İbrahimov, Mələkxanım Əyyubova, Gülyanaq-Gülyaz Məmmədovalar, Fidan Hacıyeva, əməkdar artistlər Firuzə İbadova, Teymur Əmrah, müğənnilər Nadir Qafarzadə, Rövşən Əziz və başqaları iştirak edib. 
 
Qeyd edək ki, bu, A.Bayramovanın ilk nikahıdır. F.Gərmrudi musiqiçidir və dəfələrlə Bakıda keçirilən konsertlərdə çıxış edib. O, 1955-ci ildə İranda anadan olub, 3 qız atasıdır.
 
 
Artıq baba olan 62 yaşlı bəy İranda Almaniyanın məşhur "KÖHEL" avtomobillərinin rəsmi distribüteridir.

22:38

Bu dəqiqələrdə xalq artisti Aygün Bayramovanın toy məclisi keçirilir.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 49 yaşlı muğam ifaçısı İran vətəndaşı olan Fəraməz Gərmrudi ilə ailə həyatı qurur.

Cütlüyün toyu Bakıda yerləşən otellərdən birində keçirilir. Məclisə sənət aləminin tanınmış simaları dəvət olunub.

Qeyd edək ki, bu, A.Bayramovanın ilk nikahıdır.

F.Gərmrudi musiqiçidir və dəfələrlə Bakıda keçirilən konsertlərdə çıxış edib. 62 yaşlı bəy İranda Almaniyanın məşhur "KÖHEL" avtomobillərinin rəsmi distribüteridir.

Allah xoşbəxt eləsin!

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində