Sumqayıtda sərxoş şəxs evi yandırdı - "Həmişə içkili oluram" - VİDEO - FOTO

23 May 2017 20:12

Sumqayıtda ev sahibəsinin keçmiş həyat yoldaşı ehtiyatsızlıqdan yanğın törədib.

Milli.Az ARB 24-ə istinadla xəbər verir ki, Sədaqət Hüseynovaya məxsus birmərtəbəli 8 otaqdan ibarət yaşayış evi taxta konstruksiya və əşyaları ilə birlikdə yanıb. 

Ev sahibəsinin bildirdiyinə görə, hadisəyə səbəb keçmiş həyat yoldaşının sərxoş vəziyyətdə evdə şam yandıraraq yatması olub. Yanan şam aşaraq yastığın üzərinə düşüb od oradan yayılmağa başlayıb. Sərxoş ər evi ağuşuna alan alova müdaxilə etmək əzmində olmayıb.

Sədaqət Hüseynova (ev yiyəsi) : "Oturmuşdum, qəflətən hay-küyə qaçdım. Pəncərədən alovu gördüm, alov püskürdü içəri. Çölə qaçıb hamıya hay saldım. Yanğını söndürəndə gördüm ki, heç nə qalmayıb. Evdən bir dənə də olsun çöp götürməmişik, hamısı külə döndü".

Daşqın Hüseynov (ev yiyəsinin keçmiş əri) : "Şam aşıb, evi od tutub. Vəssalam. Axşam içkili olmuşam. Mən ömür boyu içkili oluram. Düzün danışacam. Ayıq olmuram. Nətərdi?! "Davay dasvidaniya"".

Hadisə ilə bağlı araşdırma aparılır.

Videonu izləmək üçün şəklə klikləyin:
Sumqayıtda sərxoş şəxs evi yandırdı

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində