Nazirdən qalib idmançılara verilən pul mükafatı ilə bağlı AÇIQLAMA

23 May 2017 17:14

"İslam Həmrəyliyi Oyunlarında əldə olunan nailiyyət Avropa Oyunlarının nailiyyətlərinə bərabər qiymətləndirildi və mükafatın məbləği müəyyən edildi".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov deyib.

Nazir qalib idmançılara verilən pul mükafatının məbləğinə də aydınlıq gətirib. O qeyd edib ki, bu məbləğ təhlillər əsasında müəyyən edilib:

"İdmançılarımız birinci il deyil ki, mükafatlar alırlar. Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında qalib olmuş idmançılara mükafatlar verilir. İslam Həmrəyliyi Oyunlarını Avropa Oyunları kimi qiymətləndirdik. İştirak edən ölkələrin, idmançıların, idman növlərinin sayı nəzərə alınaraq, İslam Həmrəyliyi Oyunlarında əldə olunan nailiyyət Avropa Oyunlarının nailiyyətlərinə bərabər qiymətləndirildi və mükafatın məbləği müəyyən edildi".

A.Rəhimov bildirib ki, idman federasiyaları da qalib idmançılara mükafatlar verəcək.

Qeyd edək ki, mayın 8-dən 22-dək Bakıda IV İslam Həmrəyliyi Oyunları keçirilib. Azərbaycan milli komandası medalların sayına görə İslamiadanın qalibi olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində