Sərxoş halda həmyerlisini bıçaqladı

17 Mart 2010 13:20
Rayon Polis Şöbəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, rayonun Sarıtəpə kəndində 26 yaşlı Ramil Rəhimov münaqişə nəticəsində həmkəndlisi, 28 yaşlı Darvin Allahverdiyevi bıçaqlayıb. R.Rəhimov cinayət əməlini törədərkən sərxoş olub.
Yaralı xəsarətlə xəstəxanaya yerləşdirilib.

R.Rəhimov şübhəli şəxs qismində saxlanılıb, araşdırma aparılır.

Anar Məmmədov
Milli.Az