«Yuventus» transfer büdcəsini açıqladı

24 İyun 2011 12:29
Milli.Az xəbər portalının İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, keçmiş oyunçusu Antonio Konteni baş məşqçi postuna gətirmiş "Qoca sinyora" yay transfer dönəmində yeni oyunçular almaq üçün 70 milyon avroluq büdcə ayırıb. Daha 50 milyon avro digər yeniliklər üçün ayrılıb.
Qeyd edək ki, bir neçə gün əvvəl "Yuve" icarə əsasında heyətində çıxış edən 4 futbolçu - Marti, Kvalyarella, Motta və Pepenin transferinə 37,5 milyon avro ödəyib.

Milli.Az