"Sərhəddi keçməməyə diqqət edirik" - FOTO

20 May 2017 14:50

Müğənni Samira Allahverdi yeni fotosessiya etdirib. 

Milli.Az-ın axşam.az-a istinadən məlumatına görə, ifaçı son vaxtlar görünüşündə etdiyi dəyişikliklərdən danışıb:

"Mənə görə çox da dəyişməmişəm. Sadəcə, son vaxtlar saçlarımı rəngləmirəm. Bir az da daha açıq rəngli geyimlərə üstünlük verirəm".

Yeni fotoları ağ-qara olan Samira "Bəs həyat hazırda sizin üçün ağdı, yoxsa qara" sualına belə cavab verib:

"Bəzən ağ, bəzən də qara olur. Həyatda hər şey yağ kimi gedə bilməz. Zamana uyğun yaşamağa çalışırıq. Və də sərhəddi keçməməyə diqqət edirik".

Samira hər zaman öz musiqi tərzinə sadiq qaldığını söyləyib:

"Bəzən hanısa yenilikləri edirəm. Amma öz oxu tərzimə və stilimə sadiq qalan biriyəm. Samira sənətə dəyər verən insandır. Əzəldən sənətlə məşğulam. Ona görə də mən bayağı musiqinin nə olduğunu başa düşmürəm. Musiqi musiqidir. Hərənin öz dinləyicisi var".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində