Hacı Əliyev FİNALDA - YENİLƏNİB

20 May 2017 12:31

12:31

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında sərbəst güləşçilərimiz qələbələrini sıralayır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, 61 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Hacı Əliyev yarımfinalda iranlı Məsud İsmayılpurla qarşılaşıb.

Gərgin keçən döyüşdə H.Əliyev rəqibini mübarizədən kənarlaşdıraraq finala yüksəlib - 8:1.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

----------

11:34

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında yarımfinala vəsiqə qazanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, 61 kq çəki dərəcəsində çıxış edən idmançımız 1/4 finalda Tociddin Xocayevlə qarşılaşıb.

H.Əliyev bu dəfə də vaxtından əvvəl qələbə qazanıb - 10:0.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

-----------

10:48

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında daha bir sərbəst güləşçimiz mərhələ adlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, 61 kq çəki dərəcəsində çıxış edən idmançımız Hacı Əliyev 1/8 finalda Türkmənistan təmsilçisi Saparmurad Muradovla qarşılaşıb.

H.Əliyev rəqibini cəmi 2 dəqiqəyə - vaxtından əvvəl məğlub edib - 10:0.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində