Aldığı avtomobil mühərriki dəyişdirilmiş çıxdı - VİDEO

19 May 2017 21:36

Mühərrik dəyişdirilmiş avtomobil alan vətəndaş maşını öz adına keçirə bilmir.

Milli.Az bildirir ki, Süllədin Əmirov ötən ay Vüsal Məmmədov adlı şəxsdən 2600 manata baş etibarnamə ilə 2- ci əl minik avtomobili alıb. Ancaq soradan həmin avtomobili usta yanına aparıb təmir elətdirdikdə ona maşının mühhəriki ilə texniki sənədində olan nömrənin uyğun gəlmədiyi bildirilib.

Bundan sonra Süllədin Əmirov yenidən Vüsal Məməmdovla əlaqə saxlayaraq bunun maşını addan-ada keçirdən zaman problem yaşanacağını bildirib.

Məsələ ilə bağlı Vüsal Məmmədovla da əlaqə saxladıq.O bildirdi ki, maşın satılarkən mühərrikinin dəyişilməsi ilə bağlı ona məlumat verilib. O da bununla razılaşaraq avtomobili alıb. Ancaq buna baxmayaraq həmin avtomobilin pulu geri qaytarılaraq maşın ondan götürüləcək. Bəs belə halla qarşılaşdıqda vətəndaşlar nə etməldirlər?
Hüquqşunas Ərşad Hüseynov deyir ki, avtomobil qeydiyyata alınarkən onun ban şassisi və mühərrikinin nömrəsi də qeydiyyata alınır. Bunlarda dəyişiklik olarsa, o zaman onların da təkrar qeydiyyatı aparılmalıdır.

Bu vəziyyətdə avtomobili sürmək istəyən şəxs mühərrikin dəyişilməsi ilə bağlı maşını yenidən qeydiyyata saldırmalıdır. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Aldığı avtomobil mühərriki dəyişdirilmiş çıxdı