Bəsrada partlayış: ölən və yaralananlar var

19 May 2017 21:30

İraqın cənubunda güclü partlayış baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, insident Bəsrada, nəzarət-keçid məntəqəsində qeydə alınıb.

Minalanmış avtomobilin partladılması nəticəsində azı 2 hərbçi ölüb, bir neçə dinc sakin xəsarət alıb.
 
Partlayış terrorçu-kamikadze tərəfindən törədilib. Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Milli.Az