Villasını satışa çıxardı, içərisini görənlər heyran qaldı - FOTO

19 May 2017 20:18

Ayaqqabı dizayneri olan Patrik Koks Londondakı evini 2,8 milyon sterlinqə (təxminən 6,5 milyon manata) satışa çıxarıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, 34 yaşlı dizayner illər əvvəl aldığı evində radikal dəyişikliklər edib. Villanın ən üst mərtəbəsini tamamilə geyim otağı olaraq istifadə edən Patrik 400 cüt ayaqqabı kolleksiyasını da bu mərtəbədə saxlayır. 

Evinin hər küncünü heykəllərlə bəzəyən dizayner eyni zamanda sənət əsərləri kolleksiyaçısıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində