Ərdoğan Donald Tusk və Jan-Klod Yunkerlə görüşəcək

19 May 2017 15:50

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı Şurasının sədri Donald Tusk və Avropa Komissiyasının prezidenti Jan-Klod Yunkerlə görüşəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, Avropa Komissiyasının mətbuat katibi Marqaritis Skinas görüşün mayın 25-də Brüsseldə baş tutacağını deyib.

Qeyd edək ki, R.T.Ərdoğan mayın 25-də NATO-nun yeni qərargahının açılış mərasimində iştirak edəcək. Tədbir çərçivəsində Türkiyə Prezidentinin bəzi ölkə liderləri ilə görüşlər keçirəcəyi gözlənilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində