Braziliyada NÜMAYİŞLƏR - Prezidentin istefası tələb edilir

19 May 2017 15:21

Braziliyada minlərlə adam ölkə prezidenti Mişel Temerin istefası tələbi ilə etiraz nümayişlərinə başlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Braziliyanın 10-a yaxın iri şəhərlərində sakinlər küçələrə çıxaraq ölkə prezidentinin istefası ilə yanaşı, təcili ümumxalq seçkilərinin keçirilməsini də tələb edirlər.

Daha genişmiqyaslı etiraz dalğaları isə Ria-da-Janeyro və ölkənin paytaxtında qeydə alınıb. Rio-de-Janeyroda 2 minə yaxın sakinin küçələrə axışması şəhərdə hərəkəti iflic edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində