ANS-ə 3 gün vaxt verildi - FOTO

19 May 2017 13:10

ANS-i keçmiş aparıcısı telekanal rəhbərliyini hədələdi.

Milli.Az qaynarinfo-ya istinadən xəbər verir ki, telekanalın ''Şokolad'' verilişinin aparıcısı olmuş Ülviyyə Alovlu ANS-in bütün cavabdeh şəxslərinə sonuncu xəbərdarlığını edib.

Aparıcı şəxsi Facebook profilində qeyd edib ki, ANS iki ildir onun məvacibini vermir: "Ha dedim ki, eyibdir, bir az gözləyim, amma görürəm ki, alınmır. Mənim "Şokolad" verilişində aparıcı kimi bir aylıq fəaliyyətimin nəticəsi olaraq məvacibim yaxın 3 gün ərzində ödənilməsə, mən hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm! Ədalət gözləntisində olan ANS-çilər əvvəlcə özlərindən gözlənilən ədaləti bərqərar etsinlər! İki ildir ki "sabahlarla" başımı bişirməyinizdən təngə gəldim artıq!!!"

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində