"Qalatasaray"a portuqaliyalı məşqçi gələ bilər

19 May 2017 11:54

Uğursuz mövsüm keçirən "Qalatasaray" yay fasiləsində yenidən baş məşqçisini dəyişə bilər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu barədə Portuqaliya mətbuatı məlumatı yayıb.

Belə ki, yerli KİV "Sportinq"in çalışdırıcısı Jorje Jezuşun İstanbul nəhənginin maraq dairəsində olduğunu iddia edib. Mövsümün gedişində baş məşqçi postuna gətirilən İqor Tudorun fəaliyyətindən narazı qalan rəhbərlik bir müddətdi Jezuşla danışıqlar aparır.
 
63 yaşlı mütəxəssis özü də 2015-ci ildən bəri çalışdırdığı "Sportinq"dən ayrılmağın əleyhinə deyil. Buna səbəb onun klub prezidenti Bruno de Karvalyo ilə münasibətlərinin qaydasında olmaması göstərilir.
 
Qeyd edək ki, "Benfika"nı 5 dəfə çempionatın, 3 dəfə isə ölkə kubokunun qalibi edən Jorje Jezuş həm "Benfika", həm də "Sportinq"ə Portuqaliya Superkubokunu qazandırıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində