Kıvanç 110 min avro xərclədi

19 May 2017 11:08

Aktyor Kıvanç Tatlıtuğ yeni yaxta alıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, bu yaxtaya 110 min avro ödəyib. Fiber yaxta "Mandıra filozofu" filmində Rasim Öztekinin qəhrəmanına aid olduğu üçün baha satılıb. 

Bir müddət əvvəl ayağından zədə aldığı üçün əməliyyat olunan Kıvanç müalicəsini davam etdirir. O, tam sağaldıqdan sonra yaxtasını Bodruma aparacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində