Əsgər Fərhadi "Oskar"ını üç ay sonra aldı - FOTO

19 May 2017 07:41

İranli rejissor Əsgər Fərhadi "Oskar" mükafatına qovuşub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu il Hollivudda keçirilən "Oskar" mükafatlandırma mərasimində "Satıcı" filmi ilə "Ən yaxşı xarici film" nominasiyasının qalibi olsa da, ABŞ prezidenti Donald Tramp müsəlmanların ölkəyə girişini qadağan etdiyi üçün Fərhadi mükafatını ala bilməmişdi.

Fransada keçirilən Kann festivalına qatılan rejissor mükafatını 3 ay sonra orada alıb. Amerika Kino sənəti və elm Akademiyasının nümayəndəsi Meredit Şi festivalda gələrək mükafatı Ə.Fərhadiyə təqdim edib.

Milli.Az