Bəzi özəl ali məktəblər təhsil haqlarını endirdi - VİDEO

18 May 2017 21:12

Bəzi özəl ali məktəblər yeni tədris ili üçün təhsil haqlarını aşağı salıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, universitetdən asılı olaraq təhsil haqları 20, 30, hətta 50%-ə qədər endirilib.
Özəl universitetlər təhsil haqlarının aşağı salınmasını bir sıra səbəblərlə izzah edirlər.
Təhsil haqlarını 30% aşağı salan Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin sözlərinə görə, bunun başlıca səbəbi valyutanın məzənnəsində olan dəyşiklik və univerisitetin nəzərdə tutulan tələbə qəbulu planının doldurulmasıdır.
Təhsil haqını endirən digər bir təhsil ocağı Bakı Avrasiya Universitetindən isə bildirildi ki, ötən il universitetin qəbul planında 50% yer boş qalıb. Bunu nəzərə alan universitet rəhbərliyi bu il təhsil haqlarını 300-400 manat aşağı salıb.
Qərb Universiteti də öz növbəsində bu il qəbul planında ödənişlə oxuyacaq tələbələr üçün müəyyən endirimlər tətbiq edib. Universitet rəhbərliyi bu il qəbul planının dolacağını ehtimal edir və buna görə də təhsil haqlarını aşağı salıb.
Bu qərardan sonra dövlət universitetlərinin də hansı addım atacaqları maraqla gözlənilir...

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Bəzi özəl ali məktəblər təhsil haqlarını endirdi