“iPhone 7” və “Samsung Galaxy S8”in kameraları müqayisə edildi

20 May 2017 08:41

"DxOMark" şirkəti "iPhone 7" və "Samsung Galaxy S8" smartfonlarının kameralarını müqayisə edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, "Samsung Galaxy S8"in kamerası amerikalı rəqibini üstələyir. Testdə "Galaxy S8" 88 bal, "iPhone 7" isə 86 bal alıb.
 
Cənubi Koreya istehsalçısının smartfonu çəkiliş zamanı yüksək detallaşdırma və zəif işıqlandırmanın olduğu məkanlarda yaxşı rəng ötürücülüyü nümayiş etdirib. Maraqlıdır ki, "Galaxy S8"in kamerası "Galaxy S7"dən demək olar ki, fərqlənmir. Yalnız fotoların emalı alqoritmləri yaxşılaşdırılıb, bu səbəblə nəticə əvvəlkindən fərqlənir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində