Bakı-2017: Suya tullanma yarışında 2 idmançımız finala çıxıb - YENİLƏNİB - FOTO

18 May 2017 14:03

14:03

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında suya tullanma yarışına start verilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, kişilər arasında 3 m tramplin yarışında Azərbaycanın iki təmsilçisi - Artyom Danilov və Dmitri Sorokin finala yüksəlib.

Həmçinin finala Müctəba Vəlipur, Sahnam Nəzərpur (hər ikisi İran), Tri Priambodo və Aldiansiah Rafi (hər ikisi İndoneziya) vəsiqə qazanıblar.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

----------

12:40

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində bu gün suya tullanma yarışlarına start verilib.

Milli.Az Trend-ə istinadən yarışların keçirildiyi Bakı Su İdmanı Sarayından fotoreportajı təqdim edir:

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində