Erməni ordusunun montaj əməliyyatı: Vurulan mülki obyektdir! – VİDEONUN TƏHLİLİ

18 May 2017 12:33

Durmadan artan itkilər, əsgərlərin bir-birlərini güllələməsi, təxribat əməliyyatlarının uğursuzluğu, ordu daxilindəki xaos, Azərbaycan ordusunun düşmənə məxsus zenit-raket kompleksini, digər texnika və hərbi obyektləri məhv etməsi Ermənistan ordusunu iflic vəziyyətə salıb.

Düşmən ölkə daxildə saxtalaşdırdığı iki seçki nəticəsində, onsuz da, gərgin olan sosial-ictimai vəziyyətin partlayış həddinə çatmaması üçün cəbhədə növbəti təxribat əməliyyatları keçirməyə cəhd edir. O cümlədən də, informasiya təxribatları. Bu gün yaydıqları videogörüntülər kimi.

Gəlin, həmin videoları diqqətlə təhlil edək.

Əvvəla, döyüş mövqelərinə yaxın ərazidə havadan müdafiə sistemlərinin, rabitə və hərbi nəqliyyat vasitələrinin yerləşdirilməsi mümkün deyil. Bu, kadrlarda açıq sezilir. Belə ki, ilkin olaraq video görüntünün birinci saniyəsində (şəkil 1) düşmən mövqelərindən atılan mərmilər 07-13 saniyəsində yaşayış məntəqəsinin yuxarı istiqamətində partlayır (şəkil 2).

Düşmən görüntülərdə dərhal diqqəti yayındırmaq üçün "atəş nöqtələrinə" zərbə vurulduğunu bildirir. Halbuki, həmin istiqamətdə mülki əhalinin yaşayış məntəqəsi yerləşir. Ona görə də, videonun 2-ci, 3-cü saniyələrində atəşdən sonra mülki geyimli şəxslərin ərazidən uzaqlaşması görünür. Məntəqəni ətrafında peyin tayası da oranın yaşayış obyekti olmasını təsdiqləyir. Ərazi vurularkən, 12-ci saniyədə yenə də atəşin icində qaçan mülki sakin (şəkil 3) görürük.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, göründüyü kimi, düşmən yaşayış məntəqələrimizi "hərbi obyekt" kimi təqdim edir. 25 və 26-cı saniyədə ərazinin bombalanması nəticəsində nədənsə vurulmayan məntəqə (şəkil 4) 37-ci saniyədə vurulur (şəkil 5) və dərhal "partlayış" tüstü ilə əvəz edilir (şəkil 6).

Yaşayış məntəqəsini "Radioelektron vasitələrlə mübarizə və rabitə idarəetmə qovşağı" kimi təqdim edən düşmən vurulan məntəqənin fotosunu (foto videoya əlavədir) yayımlayarkən kabel yanğını və daha böyük partlayışdan danışır. Halbuki, videoda geniş yanğının olmadığı aşkar görünür (şəkil 5-dən 6-ya keçidi, 37-38-ci saniyələri diqqətlə izlə).

Videonun bu hissəsini izləyərkən konkret nəticəyə gəlmək olar ki, həmin ərazi düşmənin iddia etdiyi kimi "Radioelektron və rabitə idarəetmə qovşağı" deyil. Yoxsa, həmin qurğulara sahib sistem daha böyük yanğın çıxarar və ən azından yanğın uzun müddət çəkərdi. Pilotsuz uçuş aparatı ilə yuxarıdan çəkilən montajlanmış görüntülər də bunu təsdiq edir. 

Düşmən daha sonra daxili auditoriyaya məhv edilmiş zenit-raket komplekslərinin əvəzində, guya bölmələrimizə məxsus "OSA" ZRK-nın vurulmasını göstərməyə cəhd edir. Yenə də eyni ssenari təkrarlanır. Obyektin qarşısına düşən mərmi onu zədələmir (şəkil 8), daha sonra həmin obyektin partladılması (şəkil 9) göstərilir. Ardınca daha maraqlı bir hal müşahidə edirirk. "Maskalanmış texnika"nın üzərindəki örtük yanmır (şəkil 10). 

Təsəvvür edək ki, hansısa möcüzə nəticəsində yanmayan bu örtüyün altında həqiqətən Zenit Raket Kompleksi var. Amma aşağıdakı foto yuxarıda göstərilən kadrlarla tamamilə ziddir və video görüntülərin təxribat məqsədilə hazırlanığını aşkar ortaya çıxarır. Bu "geniş partlayış" görüntüləri videonun daxilinə foto kadr olaraq yerləşdirilib, yəni sonradan hazırlanıb. 

Yəni düşmən təxribat məqsədilə hazırladığı bu görüntülərlə özünü ifşa edir. Faktik olaraq, yaşayış məntəqələrimizin vurulması və mülki sakinlərin hədəfə alınması isə Azərbaycan ordusuna növbəti cavab zərbələrini üçün əsas qazandırır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində