12:14
Azərbaycanın yunan-Roma güləşçisi Kamran Məmmədov (66 kq) IV İslam Həmrəyliyi Oyunlarında final uğrunda mübarizəsini davam etdirib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu dəfə idmançımızın rəqibi Özbəkistan təmsilçisi Mirzobek Raxmatov olub. Güləşçimiz rəqibinə 6:0 hesabı ilə qalib gələrək qızıl medal uğrunda mübarizə aparmaq şansı əldə edib.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
----------
11:23
Azərbaycanın yunan-Roma güləşçisi Kamran Məmmədov (66 kq) IV İslam Həmrəyliyi Oyunlarında yarımfinala vəsiqə qazanıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, idmançımız yarımfinal uğrunda mübarizədə İran təmsilçisi Mehdi Zeidvand ilə qarşılaşıb.
Güləşçimiz ilk mübarizəsini 6:0 hesabı ilə qazanaraq növbəti mərhələyə keçib.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
Milli.Az