Azyaşlı qız atasına "Yataq otağında anama bax" deyə qışqırdı - Ailə FACİƏSİ - VİDEO

18 May 2017 10:43

Antalyada qandonduran hadisə baş verib.

Şəhərin Kemer mahalında 2 uşaq anası olan bir qadın ov tüfəngiylə özünü vuraraq intihar edib. Qadının 8 yaşlı qızı şok halda 1 saat ərzində anasının cənazənin yanında evdə atasını gözləyib.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, bir hoteldə çalışan Ebru Erkal G. (37) adlı qadın işi bitdikdən sonra Yeni Məhəllədəki evinə gəlib. 1 saat sonra da qadının 8 yaşlı qızı H.G. məktəbdən gələrək otağına gedib. Maddi çətinlik səbəbiylə çətin günlər yaşadığı iddia edilən gənc qadın saat 16.30 radələrində evdə olan ov tüfəngi ilə başından atəş açaraq intihar edib.

Anası intihar etdiyi məqamda evdə olan qızı H.G. isə şok halda atası İbrahim G. gələnə qədər anasının cəsədiylə evdə qalıb. Saat 17.30 radələrində evə gələn İbrahim G. qızının "Ata, anama bax yataq otağında" deyə qışqırdıqdan sonra otağa qaçan ər yoldaşını qan içində yerdə görüb.

Hadisə yerinə gələn təcili tibbi yardım briqadası qadının həyatını itirdiyini müəyyən edib.

Hadisə ilə əlaqədar istintaq başladılıb.

Məhəmməd Vaqif
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azyaşlı qız atasına

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində