"Kurtlar vadisi pusu"nun aktyoru öldü - FOTO

18 May 2017 09:31

Türkiyənin tanınmış aktyoru Payidar Tüfekçioğlu ölüb.

Milli.Az "Milliyet"ə istinadla bildirir ki, bir neçə gün əvvəl sağlamlığında ciddi problemlər yaranan aktyor dünən axşam saatlarında müalicə aldığı xəstəxanada həyatını itirib.

Onun dünyasını dəyişməsi barədə məlumatı meneceri sosial şəbəkədən yayıb.

Payidar Tüfekçioğlu "Ölümsüz Aşk", "Naciye'yi Kim Sevmez", "Hünkarın Bir Günü", "Acayip Hikayeler", "Kurtlar vadisi Pusu" kimi seriallara çəkilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində