Rusiyada 5 bal gücündə zəlzələ olub

18 May 2017 08:58

Rusiyada, Kamçatkanın şərq sahilində 5 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, yeraltı təkanların episentri Kronoçk körfəzinin mərkəzində, ocağı isə 97 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində