Daha bir taekvandoçumuz FİNALDA

17 May 2017 20:13

IV İslam Həmrəyliyi Oyunlarında daha bir taekvandoçumuz finala yüksəlib.

Milli.Az Trend-ə istinadən bildirir ki,  Dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizova (67 kq) yarımfinalda Özbəkistan təmsilçisi Niqora Tursunkulova ilə üz-üzə gəlib.

F.Əzizova rəqibinə qalib gələrək final mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində